Pişiklər İnternetin sürətinin azalmasına səbəb oldu
13 yanvar 2022 05:11 (UTC +04:00)

 Pişiklər İnternetin sürətinin azalmasına səbəb oldu

Britaniya sakininin başına maraqlı iş gəlib.

Lent.az-ın xəbərinə görə, o, evdə internetin sürətinin gündüzlər kəskin azalmasını müşahidə edib. 

Maraqlıdır ki, eyni proses gecə baş verməyib. Ev sahibi bir dəfə İnternet üçün nəzərdə tutulmuş anteni yoxlayarkən orada 5 pişiyin oturduğunu görüb. Sən demə, parabolik antenin qızdırıcı sistemi varmış. Pişiklər də bayırda -25 dərəcə şaxta olduğu üçün antenin üstünə toplaşırmış.  

# 1305
avatar

Oxşar yazılar