Peyvəndlə bağlı saxta məlumat yazan jurnalist 10 min avro cərimələndi
15 yanvar 2022 23:30 (UTC +04:00)

Peyvəndlə bağlı saxta məlumat yazan jurnalist 10 min avro cərimələndi

Praqa Şəhər Məhkəməsi çexiyalı jurnalist Yana Peterkovanın internetdə koronavirusa qarşı peyvəndlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar yaymaqda təqsirli bilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist 250 000 kron (təxminən 10 200 avro) cərimə ödəməklə cəzalandırılıb. 

Məhkəmə müəyyən edib ki, Peterkova Mneşitse kəndində yerləşən qocalar evinin keçmiş işçisi ilə yazdığı müsahibədə əsassız olaraq koronavirusa qarşı peyvəndlərin ölümlə nəticələndiyini vurğulayıb. 

Qocalar evinin rəhbərliyi jurnalistin dezinformasiya yaydığını əsas gətirərək onun məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edib.

Jurnalist cərimə ödəməkdən əlavə, iddiaçılardan açıq şəkildə üzr istəməlidir.

Qeyd edək ki, Peterkova artıq yayımladığı qalmaqallı müsahibəni internet portalından silib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Oxşar yazılar