Pentaqonun sənədlərinin sızması ilə bağlı Ağ Evin versiyası yoxdur
11 aprel 2023 00:49 (UTC +04:00)

Pentaqonun sənədlərinin sızması ilə bağlı Ağ Evin versiyası yoxdur

ABŞ səlahiyyətliləri hələ ki, məxfi sənədlərin necə sızması ilə bağlı yekdil fikrə gəlməyiblər.

Lent.az-ın məlumatına görə, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

İnternetə daxil olan bəzi sənədlərin redaktə edildiyini vurğulayarkən Kirbi "biz hələ işlək bir nəzəriyyəyə gəlməmişik" deyib.

Söhbət aprelin 6-da və 8-də baş verən Pentaqonun iki böyük məxfi sənədinin bir anda sızmasından gedir. Sənədlərdə Ukrayna ordusunun hazırkı vəziyyəti, ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları barədə məlumatlar yer alır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Oxşar yazılar