ABŞ paytaxtında, Pentaqon binasının yaxınlığında baş verən atışma nəticəsində dövlət qurumlarından birinin əməkdaşı da daxil olmaqla bir neçə nəfər yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “WDVM” telekanalı təcili tibbi yardım xidmətinə istinadən məlumat yayıb.
Hadisə yaxınlıqdakı metro stansiyasının qarşısında baş verib. Azı üç yaralı xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Pentaqon əməkdaşı və ya polis zabiti olub-olmadığı hələlik məlum deyil.
“Pentaqon hazırda hadisə ilə əlaqədar bağlanıb. Əhalidən bu ərazidən uzaq durmalarını xahiş edirik. Əlavə məlumat veriləcək”, - deyə binanın təhlükəsizliyi ilə məşğul olan orqanın “Twitter” səhifəsində qeyd olunub.
Təhlükəsizlik xidməti işçilərə kompleksi tərk etməməyi tapşırıb.