Rusiyanın Voronej şəhərində avtobus yük maşını ilə toqquşub.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, qəza yerli vaxtla saat 19:15 radələrində şəhərin 9 Yanvar küçəsində baş verib.
Semilukski rayon sakini PAZ avtobusunda idarəetməni itirərək yolda dayanmış DAF markalı yük avtomobilinə çırpılıb.
Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir.