Ermənistanın baş naziri Nikol Paşinyan
25 fevral 2021 17:40 (UTC +04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan

Paşinyan etirazçılara SƏSLƏNDİ: “Məni güllələyin!”

Ermənistanın baş naziri Nikol Paşinyan, əleyhdarlarını siyasi bəyanat sərhədlərini aşacaqları təqdirdə həbslə hədələyib.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, onun sözlərinə görə, "məxməri inqilabların" vaxtı keçib. 

Paşinyan erkən parlament seçkiləri təklifinin qüvvədə qaldığını bildirib və müxalifətə məsləhətləşmələrə başlamağı təklif edib.

Paşinyan, istefa məsələsinə xalqın qərar verəcəyinə inandığını da bildirib.

“Qoy xalq istefamı tələb etsin, məni meydanda güllələsinlər”, - Yerevanın mərkəzindəki Respublika meydanındakı mitinq zamanı söyləyib. 

Bundan əvvəl Paşinyan tərəfdarlarının qarşısına çıxdığı bildirilmişdi. Çıxışı zamanı ölkədəki vəziyyəti idarəolunan adlandırıb və toqquşmaların qarşısını almaq üçün hamını razılığa gəlməyə çağırıb. 

Buna qədər Ermənistan Silahlı Qüvvələri Paşinyan və ölkə hökumətinin istefasını tələb edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2511
avatar

Oxşar yazılar