Paris İnzibati Məhkəməsi prefekturanın küçələrində maska taxmağı tələb edən qərarının icrasını dayandırıb.
Lent.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Bildirilib ki, küçədə məcburi maska taxmaq haqqında qərar qanunsuz elan edilib.
Qeyd edək ki, ötən il dekabrın 31-də Paris hakimiyyəti COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar şəhər küçələrində maska rejimi tətbiq edib. Bu tələb 11 yaşdan yuxarı şəxslərə şamil edilirdi. Bu qərar velosipedçilərə, motosiklet sürücülərinə və açıq havada idmanla məşğul olanlara aid edilmirdi. Qayda pozulmasına görə cərimə 135 avro təşkil edirdi.
Xatırladaq ki, Fransa pandemiyanın beşinci dalğasını yaşayır. Bu həftə ölkədə yoluxma ilə əlaqədar daha bir antirekord qeydə alınıb – sutka ərzində 368 149 nəfər koronavirusa yoluxub. Həmçinin, respublikanın səhiyyə naziri Olivye Veran da virusa yoluxanlar arasında olub.