Övladına Vladimir Putin adı vermək istəyən isveçli cütlük rədd cavabı aldı
11 sentyabr 2021 03:47 (UTC +04:00)

Övladına Vladimir Putin adı vermək istəyən isveçli cütlük rədd cavabı aldı

İsveçin Halland bölgəsində yaşayan ailə cütlüyü yeni doğulmuş körpələrinə Rusiya prezidenti Vladimir Putinin adını vermək üçün müvafiq quruma müraciət edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, valideynlərin müraciətinə mənfi cavab verilib.

Buna səbəb olaraq, qeyd edilən adın gələcəkdə uşaqda psixoloji travmaya səbəb ola biləcəyi göstərilib.

Həmçinin körpələrə nüfuzlu şəxslərin adlarının verilməsinin uyğun olmadığı bildirilib.

# 1566
avatar

Oxşar yazılar