Meksikanın Kintana-Roo ştatında yerləşən “Xcaret” otelində naməlum şəxs atəş açıb.
Lent.az xəbər verir ki, bu barədə Regional təhlükəsizlik nazirliyinin rəhbəri Lusio Hernandes Qomez tvitter hesabında yazıb.
Hadisə nəticəsində üç kanadalı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.
Daha sonra Kintana-Roo ştatının prokurorluğu Kanada polisinə istinadən iki nəfərin öldüyünə aydınlıq gətirib.
“Ölən ilk şəxsin cinayət tarixçəsi olub: narkotik alveri, saxta sənədlərdən istifadə və s.
Xəsarət alan ikinci şəxsin ölümü təsdiqlənir, onun da cinayət tarixçəsi var”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.