Ördəklərə yem verən ailə evini itirə  bilər
14 iyul 2022 04:46 (UTC +04:00)

Ördəklərə yem verən ailə evini itirə bilər

0

ABŞ-ın Texas ştatında yaşı ər-arvad məhkəməyə verilib.

Lent.az-ın xəbərinə görə, onlar ətraf ərazilərdəki ördəkləri yemlədikləri üçün qonşular məhkəməyə şikayət edib. 

Yerli mətbautda bildirilir ki, sözügedən ərazidəki icma qaydalarına görə ördəkləri çölə buraxmaq və yemləmçək qadağandır. Lakin buna məhəl qoymayan qocalar quşları yemləməyə davam edib. Nəticədə bütün ördəklər onların həyətinə axışıb. Quşlar qonşuların təsərrüfatına ziyan vurmaqla yanaşı, ciddi antisanitariya yaradıb.

Qonşular məsələnin həlli üçün məhkəməyə baş vurub. əgər ər-arvad prosesi uduzsa, onları 250 000 dollar cərimə gözləyir. Bu pulu vermək üçünsə, evi satmaq lazım gələcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2068

Oxşar yazılar