Türkiyədə Azra Güləndam Haytaoğlunu vəhşicəsinə qətlə yetirən Mustafa Murat Ayhanın ifadəsi ortaya çıxıb.
Lent.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Mustafa Murat Ayhanın törətdiyi cinayətlə bağlı dəhşətli fikirlər ifadə edib.
Antalyada beş gündür ki, xəbər alınmayan 21 yaşlı Azra Güləndam Haytaoğlu vəhşicəsinə öldürülüb. Tələbə qıza evində təcavüz edərək boğub öldürən və hamamda beş parçaya ayırıb meşədə torpağa basdıran Mustafa Murat Ayhanın qan donduran ifadəsi ortaya çıxıb.
İnşaat mühəndisi Ayhan bir daşınmaz əmlak şirkətinə sahib olduğunu, 2013-cü ildə boşandığını və bir oğlu olduğunu bildirib. Ayhan iyulun 16-da Konyaaltındakı kafeyə getdiyini və kafedə xidmət edən Azra ilə tanış olduğunu söyləyib. Qıza iş təklifi etdiyini deyən Ayhan qarşılıqlı telefon zəngləri aldığını söyləyib.
Azranın iyulun 28-də koronavirus olduğunu öyrənəndə ona mesaj yazdığını qeyd edən Ayhan qızın bunları dediyini bildirib: "Baxanım yoxdur, beş gündür heç nə yemirəm, dərmanlarımı içə bilməmişəm. Bədənim çox ağrıyır, ölmək istəyirəm".
Daha sonra Azranı evdən götürdüklərini və restorana getdiklərini bildirən Ayhan qızın dərmanlarını içirtdiyini və evə qayıtmaq üçün yola çıxdıqlarını deyib:
"Azra rəfiqəsinə zəng etdi, cavab vermədi. Yatıb, cavab vermir, dedi. Onu evə qoyum deyə soruşdum. O isə bacısı ilə qalmaq istəmədiyini dedi. Ona mənlə qalmağı təklif etdim. Azra bacısına zəng vuraraq evə getməyəcəyini, dostu ilə qalacağını bildirdi".
Saat 01:30-da gəldiklərini deyən Ayhan Azranın qonaq otağında yatdığı zaman otağa girdiyini bildirib. Azranın saatlarla spirtli içki içdiyini, narkotik qəbul etdiyini deyən Ayhan otağa girdiyi vaxt Azranın üstü açıq yatdığını deyərək davam edib:
"Mən onun üstünü örtəndə əlim onun buduna toxundu. Yuxudan oyanaraq nə edirsən deyə qışqırdı və üzümün sol tərəfini cızdı. Mən isə Azra sakitləşənədək iki əlimlə boğazını sıxdım. Daha sonra nəfəs almadığını, nəbzinin döyünmədiyini gördükdə öldüyünü anladım".
Ayhan ifadəsində daha sonra Azranı parçalara ayıraraq zibil qutusuna qoyduğunu bildirib. Daha sonra evdəki qanı təmizləyib.
Daha sonra qonşular yuxarı mərtəbədən kəskin iy gəldiyini və bunun davamlı olduğunu görərək polisə məlumat veriblər.
Azranın başı hələ də tapılmayıb.