Fransanın Lil şəhərində keçmiş polis kapitanının məhkəməsi başlayıb.
Lent.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, ona qarşı oğurluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb. İstintaq zamanı məlum olub ki, 48 yaşlı müstəntiq ölüm işlərini araşdırarkən evlərdə təhqiqat aparıb. Onun mərhumların evindən dəyərli əşyaları götürərək satdığı məlum olub. Satışdan 5000 avro gəlir əldə edib.
Növbəti məhkəmə prosesi aprelin sonuna təyin olunub.