Ermənistanda 44 günlük müharibə zamanı həlak olan hərbiçilərin yaxınları İstintaq Komitəsi qarşısında oturaq etiraz aksiyasına başlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, onlar 21 sentyabr hadisələrinin günahkarlarının cəzalandırılmasını tələb edirlər.
Xatırladaq ki, 2022-ci il 21 sentyabrın səhəri ölən yaxınlarını ziyarət etməyə gələn valideynlər baş nazir Nikol Paşinyanın orada olduğunu görüb, ona mane olmaq istəyiblər. Bu vaxt polis güc tətbiq edib, onları döyərək xüsusi məntəqələrə aparıb.