İspaniyada ənənəvi öküz yarışları qanlı izdihama çevrilib.
Lent.az xəbər verir ki, qəzəbli heyvanın ayaqları altına düşən 6 nəfər ağır xəsarət alıb.
Xəsarət alanların çoxu heyvandan qaçarkən zədələnib.
İlkin məlumatlara görə, xəsarət alanlar arasında dörd ispan, həmçinin iki ABŞ vətəndaşı da var.
Hər il demək olar ki, hər il Pamplonadakı yarışlar zamanı onlarla insan yaralanır.