Rusiyanın Tula vilayətində oğurluğa cəhd nəticəsində 12 vaqon relsdən çıxıb.
Lent.azTASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hadisə dəmiryol xəttinin Uzlovaya-3-Jdanka hissəsində baş verib.
Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə ilə əlaqədar Uzlovaya-3-Jdanka istiqamətində qatarların hərəkəti dayandırılıb.