Odessaya raket zərbəsi :  istirahət evi  dağıldı
08 may 2022 22:00 (UTC +04:00)

Odessaya raket zərbəsi : istirahət evi dağıldı

Axşam saatlarında Ukraynanın Odessa şəhəri raket hücumuna məruz qalıb.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub komandanlığı məlumat yayıb. 

Qeyd olunub ki, Qara dənizdən atılan raketlərdən biri havada zərərsizləşdirilib. Digər ikisi istirahət evinə düşərək dağıntı törədib. Hücum zamanı insan tələfatı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432

Oxşar yazılar