Ukraynanın Odessa şəhəri ətrafına aviazərbələr endirilib.
Lent.az xəbər verir ki, bu barədə orada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu məlumat yayıb. Onun sözlərinə görə, Rusiya hərbi hava qüvvələrinin Odessa şəhəri ətrafındakı turizm obyektləri və evlərə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər xəsarət alıb. Bundan əlavə, 4 yaşlı qız uşağı da ağır yaralanıb.
Belə ki, qəlpələr azyaşlı qızın barmaqlarını və bir ayağını doğrayıb.
Ərazidən paylaşılan fotoları təqdim edirik: