Odessada öldürülən azərbaycanlıların kimliyi məlum olub.
Lent.az-ın xəbərinə görə, maşın karvanının atəşə tutulması nəticəsində ölən İsmayılov Qabil, İsmayılov Nemət, İsmayılov Rəhimdir.
Öldürülənlər bir ailənin üzvləridir.
***
saat 11.27
Odessada yaşayan və Azərbaycana qayıtmaq istəyən 3 azərbaycanlı öldürülüb.
Bu barədə Lent.az-a bu şəhərdə yaşayan həmyerlilərimiz məlumat veriblər. Məlumata görə, 5 nəfər də yaralanıb.
Onların hamısı əslən Kəlbəcərdəndilər.
Hadisə Мoldovayla sərhəddə Kuçurqan keçid məntəqəsi yaxınlığında baş verib. Onların diversantlar tərəfindən öldürüldüyü deyilir.
***
saat 10.58
Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.
Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.