Obamanın keçmiş müşavirini 20 il həbs gözləyir  
15 yanvar 2022 01:31 (UTC +04:00)

 Obamanın keçmiş müşavirini 20 il həbs gözləyir  

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasının keçmiş əməkdaşı Set Endryu özünü elektron vasitələrlə fırıldaqçılıqda təqsirli bilir.
Lent.az-ın xəbərinə görə, bu əməlinə görə onu 20 ilədək həbs gözləyir. 

Nyu-Yorkun Cənub dairəsinin prokuroru Damian Uilyams bildirib ki, Ağ Evin keçmiş müşaviri Set Endryu məktəblərin talanması sxeminin hazırlanmasında iştirakını etiraf edib. Onu və ona kömək edənləri səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs cızası gözləyir. 

Prokurorluq bildirir ki, Endryu 2005-ci ildə Nyu-Yorkda dövlət məktəbləri şəbəkəsinin təşkilində iştirak edib. Sonradan karyerasını Ədliyyə Nazirliyi və Ağ evdə davam etdirib.
Ona qanuna görə 20 ilədək həbs cəzası verilə bilər. Endryu dəyən ziyanı ödəməyə razı olub. Məhkəmənin hökmü aprelin 14-də elan ediləcək. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035
avatar

Oxşar yazılar