Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
08 oktyabr 2022 01:02 (UTC +04:00)

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda meri Erik Adams fövqəladə vəziyyət elan edib.

Lent.az TAS-a istinadən xəbər verir ki, bunun şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar ilə qəbul edildiyi açıqlanıb.

E.Adams Texas və Floridadan ölkəyə keçən mühacir axınının Nyu-Yorka dözülməz bir yük gətirdiyini deyib. Təxminən 50 000 evsizin yaşadığı Nyu-Yorkdakı sığınacaqlar son bir neçə ay ərzində sərhəd bölgələrindən göndərilən qeyri-qanuni miqrantlarla dolub, bəzi qaçqınlar isə boş hotel və düşərgələrə yerləşdirilib. Mer bildirib ki, Nyu-Yorkda müvəqqəti icarəyə götürülmüş 42 hoteldə və sığınacaqlarda qalanların sayı 61 minə çatıb. O, 17 mindən çox qeyri-qanuni miqrantın xəbərdarlıq edilmədən avtobuslarla şəhərə gətirildiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Oxşar yazılar