"Növbəti iki ay Ukraynada həlledici ola bilər - Polşa Milli Təhlükəsizlik Bürosu
08 avqust 2022 17:37 (UTC +04:00)

"Növbəti iki ay Ukraynada həlledici ola bilər - Polşa Milli Təhlükəsizlik Bürosu

“Ukrayna silahlı qüvvələri tədricən irəliləyir və əraziləri işğaldan azad edir. Növbəti iki ay müharibə ilə bağlı həlledici ola bilər”.

Lent.az Polşa KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox deyib.

Onun sözlərinə görə, Rusiya Donbasda xüsusi taktikadan istifadə edir və hətta yüksək dəqiqlikli silahlar olmadan qüvvələrin irəliləyişi Kremldə məyusluq yaradır:

“Hamı hücum gözləyir, çünki hücum hansısa danışıqlara zəmin yarada bilər - ya sülh, ya da ən azı atəşkəs haqqında. Hələlik belə bir şey baş vermir. Hər şey onu göstərir ki, qarşıdakı iki ay həlledici ola bilər”.

Büro rəhbəri əlavə edib ki, “fundamental qərarlar” hələ oktyabrda ortaya çıxa bilər. O, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin uzun müddət uzana biləcəyini də istisna etməyib: 

“Rusiya illərlə olsa belə, ardıcıl olaraq bütün Ukraynanı fəth etməkdən imtina etmir. Bu, bir qədər 18-ci əsrdə çar Rusiyasının əvvəlcə Ukraynanı, sonra isə Krım xanlığını zəbt etdiyi vəziyyəti xatırladır. İllər çəkdi. Hesab edirəm ki, Bu, Rusiya elitasının mövqeyidir”.

Polşa rəsmisi, həmçinin, qeyd edib ki, Ukraynanın cənubunun qanunsuz ilhaqı halında bu, Ukraynaya qarşı kütləvi qırğın silahlarından, xüsusən də nüvə silahından istifadə təhlükəsini artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Oxşar yazılar