Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Heybi zorlamada şübhəli bilinərək saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 27 yaşlı Heybi bazar ertəsi axşam saatlarında tutulub. Bildirilir ki, o, cinayət məcəlləsini pozmaqda, daha doğrusu “huşunu itirmiş və ya başqa səbəblərdən müqavimət göstərə bilməyən şəxslə cinsi əlaqədə olmaqda” şübhəli bilinir.
Qeyd edilir ki, Norveç vəliəhd şahzadəsinin oğlu avqustun 4-də də birlikdə olduğu qadına xəsarət yetirdiyi üçün saxlanılıb.
Hüquq-mühafizə orqanları bazar ertəsi həbs olunarkən Heybinin avtomobildə həmin qadınla olduğunu bildirib. Norveçin vəliəhd şahzadəsinin oğlunun həbs edilib-edilməyəcəyi ilə bağlı qərar hələ verilməyib.