Norveç kralı xəstəxanaya yerləşdirildi
04 avqust 2022 20:40 (UTC +04:00)

Norveç kralı xəstəxanaya yerləşdirildi

Norveç kralı V Harald  qızdırma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Kral Sarayından məlumat verilib.

Bildirilir ki, 85 yaşlı kralın vəziyyəti sabitdir. 

Qeyd edək ki, 31 il əvvəl taxta çıxmış V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib. 2021-ci ildə Covid-19-a yoluxmuş kral sağaldıqdan sonra dizindən əməliyyat olunub. 2020-ci ildə isə onun ürək klapanları dəyişdirilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar