London nəqliyyat xidmətlərinin qiyməti gələn aydan artırılacaq.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, son on il ən böyük artımdır. London meri Sadiq Xan martın 1-dən bütün nəqliyyat xidmətləri üzrə orta hesabla 4,8 faiz artımın olacağını söyləyib. Bəzi avtobuslarda gediş haqqı 6,5 faiz artacaq.
Bildirilib ki, London Nəqliyyat Departamenti karantin dövründə itirdiyi gəlirləri illik inflyasiya artımı ilə balanslaşdırmağa çalışır.
Qeyd edək ki, qiymətlər sonuncu dəfə 2012-ci ildə Boris Conson mer olan zaman 6 faiz artırılmışdı və hazırda 1-ci zonada gediş bileti 2,40 funt-sterlinqdən hesablanır.