Nemtsovun qətlində şübhəli bilinən şəxs Ukraynada  çeçenlər arasında   tapıldı - VİDEO
27 mart 2022 13:49 (UTC +04:00)

Nemtsovun qətlində şübhəli bilinən şəxs Ukraynada çeçenlər arasında tapıldı - VİDEO

0

Çeçenistan lideri Ramzan Kadırovun alayının batalyonlarından birinə rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlində əli olduğu bilinən Ruslan Geremeyev rəhbərlik edir.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, Geremeyev Mariupol yaxınlığında səhər namazının son videolarından birində görüntülənib.

Video Rusiyanın Telegram kanallarından birində yayımlanıb. Cinayətə görə cəzadan yaxa qurtaran yaraqlı Kremlin göstərişi ilə Ukraynaya gəlib.

Kadırovçuların "qəhrəmanlıqları" haqqında video demək olar çeçen dilində lentə alınıb.

Ruslan Geremeyevi rusiyalı müxalif siyasətçi Boris Nemtsovun rezonans doğuran qətlində şübhəli bilinən şəxslərdən biri kimi saxlamağa cəhd edilib.

Federal Təhlükəsizlik Xidmətinin mərkəzi aparatının əməkdaşları Dağıstan FTX şöbəsi ilə birlikdə xüsusi əməliyyat keçirsələr də, Geremeyevi saxlamaq mümkün olmayıb.

Bundan sonra Ruslan Geremeev yerli təhlükəsizlik qüvvələrinin himayəsi altında mühafizəsi möhkəmləndirilmiş Calka kəndinə köçüb və orada onu heç vaxt istintaq orqanları nə “əsas şahid”, nə də “iştirakçı” kimi saxlaya bilməyiblər.

Nemtsovun qətlində şübhəli bilinən şəxs Ukraynada çeçenlər arasında tapıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3190

Oxşar yazılar