Türkiyənin müdafiə naziri Hulusi Akar
26 iyul 2021 20:32 (UTC +04:00)

Türkiyənin müdafiə naziri Hulusi Akar

Nazirin təyyarəsi təcili eniş etdi

Türkiyənin müdafiə naziri Hulusi Akarın göyərtəsində olduğu təyyarə təcili eniş edib.

APA-nın yerli bürosunun xəbərinə görə, buna səbəb təyyarənin quş dəstəsi ilə toqquşması olub.

Qaziantep hava limanından qalxan təyyarə bu səbəbdən Adana 10-cu Tanker Bazası Komandanlığına təcili eniş edib.

Qeyd edək ki, bu gün H.Akar Baş qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları Komandanı general Ümit Dündarın müşayiəti ilə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən sərhəd xəttindəki mövqelərində araşdırma və nəzarət həyata keçirib. Hadisə heyət geri dönərkən baş verib.

# 2004
avatar

Oxşar yazılar