Dominikan Respublikasının ətraf mühit naziri silahlı hücum zamanı ölüb.
Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, silahlı hücum Orlando Jorge Meranın ofisində baş verib.
Hücumdan sonra hadisəni törədən şəxs qaçıb.
Nazirlik işçilərinin binadan çıxarıldığı, hadisə yerinə çoxlu təhlükəsizlik qüvvələrinin göndərildiyi bildirilib.