NATO təlimində   təyyarə qəzası: bütün  ekipaj öldü   -YENİLƏNİB
21 mart 2022 08:05 (UTC +04:00)

NATO təlimində təyyarə qəzası: bütün ekipaj öldü -YENİLƏNİB

0

Norveçin şimal-qərbində Nordland rayonunda qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin ekipaj üzvlərinin cəsədləri tapılıb.

Lent.az AFP-ə istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Qəzaya uğrayan təyyarənin 4 ekipaj üzvündən hamısı ölüb.

Onlar Norveçdə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edirdi.

***

19.03.2021

Saat 01:52

Norveçdə içərisində 4 nəfərin olduğu ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Lent.az “Nordic News” portalına istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə Norveçin şimalında keçirilən NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edib.

Xilasedici qruplar qəza yerinə yollanıb.

Ekipajın taleyi haqqında məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3525

Oxşar yazılar