NATO-nun baş katibi vəzifəsinə mümkün namizədlərin adları məlum olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey və Hollandiyanın baş naziri Mark Ryutte Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizəddirlər.
Siyahıda mümkün ola biləcək namizədlər arasında Estoniyanın baş naziri Kaya Kallas, Avropa İttifaqının xarişi işlər üzrə keçmiş komissarı Federika Moqerini və Rumınyanın prezidenti Klaus Yohannisin də adları var.
Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin 2022-ci ilin oktyabrında Norveç Mərkəzi Bankının rəhbəri olacağı bildirilmişdi.
O, 2014-cü ilin martından NATO-da bu vəzifəni icra edir. Stoltenberq işini 2018-ci ildə bitirməli idi, lakin onun səlahiyyət müddəti 2022-ci il sentyabrın 30-dək uzadılıb.