NATO Aralıq dənizində təlimlərə başlayır
22 yanvar 2022 01:23 (UTC +04:00)

NATO Aralıq dənizində təlimlərə başlayır

NATO ölkələri yanvarın 24-dən fevralın 4-dək “Neptun Strike 22” adlı irimiqyaslı dəniz təlimləri keçirəcək.

Lent.az-ın məlumatına görə, bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

Kirbinin sözlərinə görə, hərbi-dəniz aviasiya, gəmilər, sualtı qayıqların qatılacağı manevrlər NATO-nun dənizdə qarşılıqlı fəaliyyət qabiliyyətini nümayiş etdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulub. 

Pentaqon sözçüsü ABŞ-ın təlimlərdə “Harry Truman” təyyarədaşıyan döyüş qrupu ilə təmsil olunacağını deyib: “2020-ci ildə planlaşdırılan sözügedən təlim xüsusilə Aralıq dənizində keçiriləcək”.

Pentaqonun sözçüsü əlavə edib ki, Ukrayna ətrafında baş verən son hadisələrlə əlaqədar təlimin ssenarisində hər hansı dəyişiklikdən xəbərsizdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar