Çərşənbə axşamı naməlum şəxs Almaniyanın Duysburq şəhərində (Şimali Reyn-Vestfaliya əyaləti) idman zalına daxil olaraq 4 nəfəri bıçaqlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə yerli polisdəki mənbələrə istinadən Bild qəzeti məlumat yayıb.
Hücum edən şəxs qaçıb, hadisənin motivləri barədə məlumat verilməyib.
Polis şəhərin mərkəzində əməliyyat keçirir.