Rostovda qətl baş verən evdə bir nəfər sağ qalıb.
Lent.az-ın xəbərinə görə, evdə olan azyaşlı qız yaralansa da, sağ qala bilib. O, xəstəxanaya yerləşdirilib.
***
21.52
Rusiyanın Rostov vilayətində dəhşətli qətl törədilib.
Lent.az-ın TASS-a istinadla xəbərinə görə, mənzillərin birində odlu silahla qətlə yetirilmiş 4 nəfərin meyitləri aşkar edilib. Öldürülənlərdən biri uşaqdır.
Hadisə yerində istintaq qrupu işləyir.