Myanmada 7.9 ballıq ZƏLZƏLƏ:  ölü sayı 1600-ü keçdi, 3400 yaralı var - YENİLƏNİB
29 mart 2025 19:46 (UTC +04:00)

Myanmada 7.9 ballıq ZƏLZƏLƏ: ölü sayı 1600-ü keçdi, 3400 yaralı var - YENİLƏNİB

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 3400-dən çox yaralı var, 139 nəfər itkin düşüb.

***

18:41

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü keçib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yaralıların sayı da artaraq, 3400-ə çatıb.

Qeyd edək ki, bu gün Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib.

***
10:05

Myanmada baş verən zəlzələ qurbanlarının sayı 1002 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla bidirir ki, həmçinin 2376 nəfər yaralanıb, çoxlu insan itkin düşüb.

Myanma rəhbəri beynəlxalq aləmi yardıma çağırıb.

***
09:05

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.

Lent.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

***

07:24

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu haqda “France-Presse” agentliyi məlumat verib.

Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.

***

18:54

Myanmada baş verən zəlzələdə ölənlərin sayı 144 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata əsasən, təbii fəlakət nəticəsində 732 nəfər yaralanıb.

***

14:59

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb.

Lent.az xəbər verir ki, təxminən iki yüz nəfər yaralanıb.

Qonşu Tailandda isə 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, bu gün Myanmada 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə - Çin, Tailand və Laosda da hiss olunub.

Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəhərdə tikilməkdə olan hündürmərtəbəli bina dağılıb, 40-dan çox insan dağıntılar altında qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3880

Oxşar yazılar

NATO genişmiqyaslı  təlimlərə başlayır

NATO genişmiqyaslı təlimlərə başlayır

31 mart 2025 , 07:18
Volkan Konak dünyasını dəyişdi

Volkan Konak dünyasını dəyişdi

31 mart 2025 , 05:53
Zelenski ABŞ-la minerallarla bağlı müqavilədən imtina etmək istəyir

Zelenski ABŞ-la minerallarla bağlı müqavilədən imtina etmək istəyir

31 mart 2025 , 03:38
İranda DƏHŞƏTLİ QƏZA:  14 nəfər öldü

İranda DƏHŞƏTLİ QƏZA: 14 nəfər öldü

30 mart 2025 , 23:21
ABŞ Yəməni VURDU:  Ölən və yaralananlar var

ABŞ Yəməni VURDU: Ölən və yaralananlar var

30 mart 2025 , 21:47
Donald Tramp, ABŞ Prezidenti

"İran misli görünməmiş bombardmana məruz qalacaq"-Tramp

30 mart 2025 , 18:25
Riçard Çemberlen

Riçard Çemberlen vəfat etdi

30 mart 2025 , 18:17
Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

30 mart 2025 , 17:09