Sabah partiyalar üçün son gündür
30 mart 2025 15:03 (UTC +04:00)

Sabah partiyalar üçün son gündür

Sabah siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar