Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb.
Lent.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.
Bildirilib ki, 3400-dən çox yaralı var, 300 nəfər itkin düşüb.
Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13.20-də Myanmada 7, 7 maqnitudalı zəlzələ baş verib. Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.