Gəncədə yeniyetmə dəm qazından  zəhərləndi
30 mart 2025 22:01 (UTC +04:00)

Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar