Nigeriya polisi bildirib ki, müsəlman din xadimi ilə mübahisə edən şəxs ölkənin paytaxtı Abucada din xadimini dəstəkləyən kütlə tərəfindən yandırıldıqdan sonra ölüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 30 yaşlı Əhməd Usman yerli könüllülər qrupunun üzvü idi və polis deyir ki, ona qarşı 200-ə yaxın adam səfərbər edilib.
Polis onu hadisə yerində ağır yanıq xəsarətləri ilə aşkar edərək xəstəxanaya çatdırsa da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.