Britaniya Kral Qvardiyasının əməkdaşı sentyabrın 15-nə keçən gecə kraliça II Yelizavetanın tabutu yanında vəzifəsini yerinə yetirərkən huşunu itirib.
Lent.az xəbər verir ki, hadisənin baş verdiyi Vestminster sarayında kraliça ilə vidalaşma Böyük Britaniyanın bir sıra telekanalları tərəfindən yayımlanıb.
Kadrlarda mühafizəçinin kraliçanın tabutunun yanında vəzifə yerinə yetirərkən podiumdan necə yıxıldığı görünür. Dərhal ərazidə olanlardan ona kömək göstərilib.
Bundan sonra yayım bir müddət kəsilib.
Çərşənbə günü, oktyabrın 14-də Londondakı Vestminster sarayında Böyük Britaniya Kraliçası II Yelizavetanın ilə xalqla vida mərasimi başlayıb.