Moskvada Qırmızı Meydanda yerləşən Tarix Muzeyində partlayış təhlükəsi barədə məlumat daxil olub.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib.
Binadan 60-dan çox insan təxliyə edilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçiriblər.
Qeyd edək ki, bu ilin fevralında naməlum şəxs Şeremetyevo hava limanının terminallarından birində partlayış təhlükəsi və guya dörd təyyarənin minalanması barədə məlumat vermişdi.
Sonradan həmin xəbərin yalan olduğu ortaya çıxdı.