Moskvada "Prezident Hotel"də liftin düşməsi nəticəsində iki nəfər ölüb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, ilkin olaraq müəyyən edilib ki, təmir işləri aparılan zaman lift şaxtaya düşüb.
Hadisə nəticəsində iki fəhlə - 32 yaşlı Xaik Xazaryan və 31 yaşlı Artak Bezoyan ölüb.
Onların hər ikisi Ermənistan vətəndaşıdır.
İlkin məlumata görə, liftin şaxtaya düşməsinə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.