Moskvada 3 nəfərin ölümünə, 2 nəfərin yaralanması ilə nəticələnən hadisəni törədən Sergey Qlazovun keçmiş hərbçi olduğu üzə çıxıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, həmin şəxs 339949 saylı hərbi hissədə xidmət edib, ehtiyatda olan polkovnik-leytenantdır,
Qlazov 2010-cu ildə təqaüdə çıxıb,
***
Moskvadakı Ryazanski xidmət mərkəzindəki insident zamanı ölənlərin sayı 3-ə çatıb.
Lent.az-ın Rusiya medasına istinadla məlumatına görə, yaralanan 10 yaşlı Sofiya K. xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
***
16:52
Rusiyanın paytaxtı Moskvada silahlı incident olub.
Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, hadisə şəhər ərazisində yerləşən Ryazanski xidmət mərkəzində qeydə alınıb. Naməlum şəxs orada insanlara atəş açıb.
Məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan 45 yaşlı Sergey Qlazovu saxlayıb.
İlkin araşdırmaya görə, saxlanılan şəxs xidmət mərkəzində maska taxmayıb. Bu barədə ona irad bildirilməsi həmin şəxsi hiddətləndirib və o ətrafdakılara atəş açıb.
Son məlumata görə, hadisə zamanı biri yetkinlik yaşına çatmayanolmaqla 3 nəfər yaralanıb.
Ölənlərə gəldikdə, onlardan biri mərkəzin əməkdaşı, digəri və ziyarətçi olub
Yaralananlar isə 35 yaşlı Yevgeni Kondratyev, 33 yaşlı Zeynəb Taymazova və 10 yaşlı Sofiya K.dir.