Moskvada İLK DƏFƏ  "qeyri-vətəndaş pasportu" verildi
12 yanvar 2022 00:19 (UTC +04:00)

Moskvada İLK DƏFƏ "qeyri-vətəndaş pasportu" verildi

0

Moskvada vətəndaşlığı olmayan ilk şəxs müvəqqəti şəxsiyyət vəsiqəsi alıb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva İctimai Monitorinq Komissiyasının üzvü Yeva Merkaçova bildirib.

"Moskvada yaşıl rəngli "qeyri-vətəndaş pasportu" - müvəqqəti şəxsiyyət vəsiqəsi alan ilk şəxs 53 yaşlı Yaqubcan Həkimcanov olub. O, iki ildən çox Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı (Saxarova) Baş İdarəsinin xarici vətəndaşlar üçün müvəqqəti saxlanma məntəqəsində olub. Çünki, vətəndaşlığı olmadığı üçün onu heç yerə deportasiya etmək mümkün deyildi", - deyə Merkaçova vurğulayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının ərazisində vətəndaşlığı olmayan şəxslərə müvəqqəti şəxsiyyət vəsiqələrinin verilməsi haqqında qanun ölkə prezident tərəfindən 2021-ci ilin fevralında imzalanıb. Sertifikat vətəndaşlığı olmayan şəxsə icazə sənədləri olmadan işləməyə imkan verir. Müvəqqəti sertifikat 10 il müddətinə verilir. İstifadə müddəti bitdikdə və ya zədələndikdə dəyişdirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1999

Oxşar yazılar