Rusiyada "Sehrli xalçadakı Ələddin" görülüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Moskva küçələrində bir nəfər Muskovit döşəyini elektrik skuterində daşıyıb və həmin anın şəklini internet istifadəçiləri ilə paylaşıb.
O şəkli paylaşaraq "Mitində skuterlər yeni səviyyəyə çatıb" şərhini yazıb.
Sözügedən şəxs döşəyi ayaq platformasına qoyub, özü isə üstündə dayanıb. Şəkildən göründüyü kimi o, qarşı zolaqla hərəkət edib.
Sosial media istifadəçiləri bu şəklə “Bir növ skuter xalçası”, “Sadəcə dahi”, “Sehrli xalçada Ələddin”, “Sehrbazdır” kimi şərhlər yazıblar.