Modelin at belindəki paylaşımı marağa səbəb oldu
26 mart 2024 00:53 (UTC +04:00)

Modelin at belindəki paylaşımı marağa səbəb oldu

Supermodel Bella Hadid "Vogue Italia" üçün fotosessiya zamanı at üstündə dayandığı üçün pərəstişkarlarının tənqidinə tuş gəlib.

Lent.az xəbər verir ki, atlara olan həvəsi ilə tanınan 27 yaşlı məşhur model ayaqları ilə atın üstündə dayanıb.

Heyvana zərər verə biləcəyindən narahat olan bir çox insan buna reaksiya verib.

İstifadəçilərdən biri: “Yazıq at”, digəri isə “At üstündə dayanmaq ona zərər vermirmi?” deyə soruşdu.

Ancaq mənfi reaksiya verənlərlə yanaşı, tərifləyənlərdə oldu.

Hadid fevral ayında qatıldığı bir tədbirdən sosial media yazısında təsirli at sürmə bacarıqlarını nümayiş etdirdi.

# 2091
avatar

Oxşar yazılar