ABŞ Nəqliyyat Nazirliyində məlumat sızması nəticəsində 237 min dövlət qulluqçusunun şəxsi məlumatları şəbəkədə yer alıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi idarənin ABŞ Konqresinə göndərdiyi məktubuna istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, sızma dövlət qulluqçularına səyahət xərclərinin bir hissəsini kompensasiya edən “TRANServe” müavinətlərin emalı sisteminə təsir edib. Departament pozuntunu araşdırır və təhlükəsizliyə və bərpa olunana qədər səyahət güzəşt sisteminə girişi dondurub.
Məlumat sızmasının heç bir təhlükəsizlik sisteminə təsir etmədiyi qeyd edilir, lakin sistemi sındırmağa görə kimin məsuliyyət daşıya biləcəyi hələlik məlum deyil.