Amerikalı repçi Master P-nin qızı Titiana Miller 29 yaşında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə repçi sosial şəbəkə hesabında məlumat yayıb.
O, qızının ölüm səbəbini açıqlamasa da, paylaşımda "Ailəmiz qızım Titiananın itkisinə görə böyük kədər yaşayır. Bütün dua, sevgi və dəstək üçün təşəkkür edirik.
Psixi xəstəlik və narkotik maddələrdən sui-istifadə, danışmaqdan çəkinmədiyimiz əsl problemdir. Tanrının köməkliyi ilə biz bunun öhdəsindən gələcəyik", - sözlərini yazıb.
Qeyd edək ki, Titiana bir neçə ekran işində rol alıb.
Master-P və qızı Titiana Miller