Məşhur rejissor  zorlama ittihamı   ilə həbs edildi
21 iyun 2022 16:18 (UTC +04:00)

Məşhur rejissor zorlama ittihamı ilə həbs edildi

Tanınmış kinorejissor Pol Haqqis İtaliyada zorlama ittihamı ilə həbs olunub. 

Lent.az  xəbər verir ki, bu barədə “Corriere della Sera” saytı məlumat yayıb. 

Bildirilir ki, rejissor əcnəbi vətəndaşa qarşı cinsi istismarda təqsirkar bilinir. 

İtaliya polisinin məlumatına görə, Haqqis iki gün ərzində qadının razılığı olmadan cinsi əlaqəyə məcbur edib və daha sonra onu Brindisi şəhərindəki Papola Kasale hava limanına aparıb. 

Yerli polisin apardığı xəstəxanada həkimlər qadının cinsi istismara məruz qaldığını təsdiqləyib. O, artıq rejissorla bağlı şikayət edib. 

Tanınmış rejissorun vəkilləri isə ittihamları rədd edir. 

Qeyd edək ki, Pol Haqqis kino sektorunda ssenarist və rejissor kimi tanınır. 2004-cü ildə o, "ən yaxşı film", "ən yaxşı ssenari" və "ən yaxşı montaj" nominasiyalarında üç "Oskar" mükafatı qazanan "Toqquşma" kriminal dramını yazıb rejissorluq edib. 

Eyni zamanda Pol "Million Dollar Baby", "Casino Royale", "Atalarımızın bayraqları" və "İvo Jimadan məktublar" kimi filmlərin də ssenari müəllifidir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Sevinc Fərid

Oxşar yazılar