İfaçı Filipp Kirkorov tənhalığının səbəbini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, pop səhnəsinin kralı etdiyi bütün keçmiş münasibətlərini pozan günahlarını etiraf edib.
55 yaşlı sənətçinin sözlərinə görə, şəxsi həyatında əvvəlki bütün uğursuzluqların əsas səbəbi onun xəyanəti olub. Sənətçi şəxsi həyatı ilə bağlı açıqlamalarını NTV-də Mask şousunun növbəti mövsümünün çəkilişlərində bölüşüb. O, layihə iştirakçılarından biri ilə aldadılması barədə söhbətə başlayıb.
“Etdiyim xəyanətə görə, subayam və elə bu səbəbə görə boşandıq" deyə ulduz sənətçi etiraf edib.
Alla Puqaçova "Mood Color Blue" hitinin müəllifinin sonuncu həyat yoldaşı olub. Primadonna hazırda əri və uşaqları ilə İsraildə yaşayır. Sənətçinin televiziyadakı açıqlamalarına görə, bir çox pərəstişkarları Kirkorovun Puqaçova ilə evliliyinin pop kralının xəyanəti səbəbindən bitdiyi qənaətinə gəlib.