Məşhur iş adamı özünün 2.8 milyonluq qızılını oğurladı - ŞOK SƏBƏB
09 may 2023 16:02 (UTC +04:00)

Məşhur iş adamı özünün 2.8 milyonluq qızılını oğurladı - ŞOK SƏBƏB

Avstraliyada 65 yaşlı zərgər Mişel Elias Germani sığorta şirkətindən 2,8 milyon dollardan çox pul almaq üçün mağazasını silahlı qarət etməyi planlaşdırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Germani Jewellery”nin sahibi Mişel Elias Germani polisə müraciətində yanvar ayında Sidney Kraliça Viktoriya binasındakı mağazasında özünü müştəri kimi təqdim edən iki şəxsi onu və bir işçini təhdid etdiyini deyib. Onun sözlərinə görə, soyğunçulardan biri işçini bıçaqla hədələyib, digəri isə seyfi açmağı tələb edib. Soyğunçular Germani və onun əməkdaşının əl-ayağını kanatla bağlayıb, sonra isə bahalı zinət əşyaları ilə mağazadan qaçıblar.

Müraciətlə əlaqədar polis iki nəfəri, 37 yaşlı Çanel Tofaeono və 57 yaşlı Munir Helanı həbs edib. Lakin bu gün, yəni mayın 9-da polis iddia edilən quldurluğun yalan olduğunu öyrənib. Germani bir gün əvvəl həbs olunub. Polis oğurluğun onun tərəfindən törədildiyini bildirib.

Germani ağırlaşdırılmış soyğunçuluq və azadlıqdan məhrum etmə, aldatma üsulu ilə vicdansız yolla maddi gəlir əldə etməyə cəhd, pul əldə etmək üçün yalan və ya aldadıcı materiallar dərc etmək, cinayətkar qruplaşmada iştirak etmək və cinayət fəaliyyətinə şərait yaratmaqda ittiham olunurdu.

“Germani Jewellery” saytının məlumatına görə, Germani şahzadə Diana, Elizabet Teylor və Səudiyyə kral ailəsi üçün parçalar hazırlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2977

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23