Məşhur avtomobil şirkəti bu modellərin tədarükünü dayandırdı-SƏBƏB
25 sentyabr 2022 11:05 (UTC +04:00)

Məşhur avtomobil şirkəti bu modellərin tədarükünü dayandırdı-SƏBƏB

ABŞ-ın “Ford” konserni loqotip çatışmazlığına görə dillerlərinə bir sıra modellərin tədarükünü dayandırıb.

Lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, çatışmazlıq “Tribar Technologies” şirkətinin avqust ayında “Ford” loqotiplərinin istehsalını dayandırması ilə bağlıdır.

Loqotipsiz maşınları dillerlərə çatdırmaq mümkün deyil, yetərli sayda müvafiq ölçüdə loqotip tapmaq isə çətindir.

Problem şirkətin “F-Series” kimi məşhur modelini də əhatə edir.

“Ford” şirkətinin rəhbərliyi ənənəvi loqotipi 3D-printerdə hazırlanan loqotiplərlə dəyişməyə cəhd edib, ancaq həmin loqotiplərin də keyfiyyəti yaxşı olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Oxşar yazılar